İranın qadınlardan ibarət aliş güləşi üzrə yığması Asiya çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i389338-İranın_qadınlardan_ibarət_aliş_güləşi_üzrə_yığması_asiya_çempionu_olub
İranın klassik üslubda aliş güləşi üzrə qadınlardan ibarət milli komandası bir qızıl, dörd gümüş və bir bürünc medal qazanmaqla Asiya çempionu olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 22, 2022 06:32 Asia/Baku
  • İranın qadınlardan ibarət aliş güləşi üzrə yığması Asiya çempionu olub

İranın klassik üslubda aliş güləşi üzrə qadınlardan ibarət milli komandası bir qızıl, dörd gümüş və bir bürünc medal qazanmaqla Asiya çempionu olub.

SəhərAzəri-nin məlumatına əsasən, Şənbə günü Qırğızıstanın Oş şəhərində kişilər və qadınlar arasında başlanan aliş güləşi üzrə Asiya çempionatı bazar ertəsi, mayın 23-dək davam edəcək.

İranın qadın güləşi üzrə yığma komandasının başçısı- Mona Mirzayi şənbə günü gecə İranın klassik üslubda aliş güləşi üzrə qadınlardan ibarət milli komandasının qələbəsini elan etməklə bərabər bildiribdir ki, iranlı qadınlar bazar günü aliş güləşinin sərbəst bölməsində rəqibləri ilə qarşılaşacaqlar.

Aliş güləşi üzrə beynəlxalq fəaliyyətlər 1990-cı ildən başlanıb.