İranın iki yunan-roma güləşçisi dünya reytinqinə liderlik edir
Dünya Gülış İttifaqının ən son reytinqinə əsasən, iki iranlı güləşçi dünyanın ən yaxşı yunan-roma güləşçiləri arasında birinci olublar.
SəhərAzəri-nin məlumatına əsasən, 2022-ci ildə Serbiyada keçiriləcək Dünya Çempionatı öncəsi Dünya Güləş Birliyinin dərc etdiyi son reytinq cədvəlində dünyanın ən yaxşı güləşçilərinin adına aydınlıq gətirilib.
Bu reytinq yunan-roma güləşçilərin qitə çempionatlarında göstərdiyi performans əsasında tərtib edilib və beynəlxalq yarışlar arasında Türkiyənin "Yaşar doğu" kuboku da reytinqli turnirlərdən biri hesab edilib.
Həmçinin güləşçilərin reytinq sıralamasına Qazaxıstanın Turlixanov , İtaliyanın "Matteo Pellikone" və Tunisin Beynəlxalq Kuboku kimi qarşıdakı beynəlxalq turnirlər də təsir edəcək.
Mehr xəbər agentliyinin məlumatına görə, Dünya Güləş Birliyinin son reytinqinə əsasən, 67 kq çəki dərəcəsində "Məhəmməd Rza Gerayi" və 97 kq çəki dərəcəsində "Məhəmməd Hadi Səravi" birinci, 63 kq çəki dərəcəsində "Meysəm Delxani" və 77 kq çəki dərəcəsində "Məhəmməd Əli Gerayi" isə ikinci yerdə qərarlaşıblar.