İranlı “tay boks”çular 18 beynəlxalq medal qazanıblar
İyun 05, 2022 11:10 Asia/Baku
-
İranlı “tay boks”çular 18 beynəlxalq medal qazanıblar
İranın “muay tay” və ya “tay boks” komandası əmirliklərin Əbu-Dəbi şəhərində keçirilən beynəlxalq yarışlarda 18 medalla işini başa vurub.
Bu yarışlarda iki qızıl, dörd gümüş və on iki bürünc medal əldə edən İranın “muay tay” komandası dünya səviyyəsində onuncu pillədə durub.
Yarışların yekun sıralamasında və kişilər və qadınlar bölmələrinin ümumi nəticəsində Tailand çempion olub, əmirliklər ikinci, Mərakeş isə üçüncü yerlərdə durublar.
İran komandası Fransa və ABŞ kimi komandalardan yuxarıda- sıralama cədvəlinin onuncu pilləsində qərarlaşıb.