Fars dili dünyanın ilk on beş dilindən biridir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i389920-fars_dili_dünyanın_ilk_on_beş_dilindən_biridir
Tehran universitetinin rektoru fars dilini dünyanın ilk on beş dilindən biri kimi təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2022 09:33 Asia/Baku
  • Fars dili dünyanın ilk on beş dilindən biridir

Tehran universitetinin rektoru fars dilini dünyanın ilk on beş dilindən biri kimi təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Məhəmməd Moqimi deyib: Beynəlxalq statistikalara baxış göstərir ki, fars dili dünyanın ilk on beş elm dili arasındadır.

O, əlavə edib: Bu sahədə özəl yerə nail olmaq üçün fars dili-elm dili üzrə iri siyasət yürütmək lazımdır.

Moqimi söyləyib: Əgər İran bir imkan və potensial əldə edibdirsə, onu dünya xalqlarının asayiş və rifahlarının genişləndirilməsi, həmçinin region ölkələrinin və müsəlman xalqların inkişafının xidmətində qərar veribdir.

Dünyadakı elmi-tədqiqat institutları tərəfindən aparılmış ən yeni elmi təsnifatlarda İran hazırda dünyanın 20 üstün elmi ölkəsi arasında qərarlaşıb.

Statistikalar da göstərirlər ki, son on ildə ən sürətli elmi inkişaf məhz İrana aid olubdur.