Ötən on ildə qol və gol ötürməsinin rekordçusu
Argentinalı ulduz bütövlükdə 446 qol və gol ötürməsini qeydə aldırmaqla Avropanın beş mötəbər futbol liqası üzrə rekordçular siyahısının önündə yerləşir.
SəhərAzəri-nin məlumatına əsasən, «WhoScored» saytında yayılan statistikaya əsasən, yeddi qızıl top sahibi olan Liyonel Messi ötən on il ərzində və 2012-2013-cü il futbol mövsümündən bəri 311 qol və 135 qol ötürməsi qeydə aldırmaqla Avropanın beş mötəbər futbol liqası üzrə rekordçular siyahısının önündə yerləşir.
Dünya futbolunun digər ulduzu- portuqaliyalı Kriştiyanu Ronaldu isə 298 qol və 76 qol ötürməsi və bütövlükdə 376 göstərici ilə ikinci yerdə gedir.
Polşalı Robert Levandovski də 328 qol və gol ötürməsilə üçüncü yerdə qərarlaşıb.
Bu siyahıda uruqvaylı Luis Suares, fransız Kərim Benzema və Qabon ölkəsindən olan hücumçu Pyer-Emerik Obameyanq müvafiq olaraq, dördüncüdən altıncıyadək olan yerləri tutublar.