Porto-nun iranlı ulduzu Mbappe və Juniordan öndə
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i389990-porto_nun_iranlı_ulduzu_mbappe_və_juniordan_öndə
Portuqaliyanın Porto futbol klubunun iranlı ulduzu dünya futbol ulduzlarından öndə qərarlaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2022 12:31 Asia/Baku
  • Porto-nun iranlı ulduzu Mbappe və Juniordan öndə

Portuqaliyanın Porto futbol klubunun iranlı ulduzu dünya futbol ulduzlarından öndə qərarlaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandasının ulduzu Mehdi Taremi Porto ilə fövqəladə bir futbol mövsümünü arxada qoyub. O, həm Portuqaliya premyer liqasının, həm də bu ölkənin kubok yarışlarının çempionu olubdur.

"Matchday 365" adlı ingilis sayt ötən mövsümdə Avropanın yeddi mötəbər liqasında penalti zərbəsi üzrə altı ən yaxşı oyunçunu təqdim edib. Onlar dörddən çox penalti qolunu həyata keçiriblər.

Mehdi Taremi Portuqaliya premyer liqasında beş penalti ilə

«Paris Sen-Jermen» klubunun fransalı ulduzu Kilian Mbappe və Real Madridin braziliyalı ulduzu Vinisius Juniordan öndə qərarlaşıb.

Taremi həmçinin qolların və qol ötürmələrinin sayında da Portuqaliya premyer liqasının son mövsümünün ən təsirli oyunçusu seçilibdir.