İranda müxtəlif etnosların bərabər imkanları
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i390396-İranda_müxtəlif_etnosların_bərabər_imkanları
«The Times of İndia» nəşri maraqlı bir reportajda İrandakı müxtəlif etnosları təqdim edib və onların İranın futbol üzrə milli komandasındakı nümayəndələrindən söz açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2022 13:57 Asia/Baku
  • İranda müxtəlif etnosların bərabər imkanları

«The Times of İndia» nəşri maraqlı bir reportajda İrandakı müxtəlif etnosları təqdim edib və onların İranın futbol üzrə milli komandasındakı nümayəndələrindən söz açıb.

SəhərAzəri-nin məlumatına əsasən, «The Times of İndia» nəşri fərqli bir reportajda İranı təqdim etməyə başlayıb və bu ölkədə müxtəlif etnosların dinc yanaşı yaşamalarından söz açıb. Bu nəşr maraqlı bir baxışla İranın futbol üzrə milli komandasındakı müxtəlif etnoslardan olan beş böyük ulduz barədə açıqlama verib və belə yazıb: İranda etnos müxtəlifliyi çox olsa da, onların hamısı bərabərdir və bu müxtəlifliyi İranın futbol üzrə milli komandasında da görmək olar. İranın futbol üzrə milli komandasının oyunçularının siyahısında bu ölkədəki müxtəlif etnosların bir hissəsi olan böyük adlar görünür.

Dilə gələn ilk ad, Sərdar Azmundur. Azmun türkmən qövmündəndir və sünni məzhəbinə etiqad edir.

Əlirza Beyranvənd bir qapıçıdır. Bir lor köçəri tayfasında dünyaya gəlmiş bir qapıçı.

Ümid Nurəfkən azəri qövmündəndir. Ata-anası Sarab bölgəsindəndirlər.

Əlirza Cahanbəxş tat qövmündəndir.

Andranik Teymuriyan erməni əslli olub, İranda dünyaya gəlib və boya-başa çatıbdır.