Uzunömürlülüklə on saniyə bir ayaq üzərində dayanmaq arasındakı əlaqə
İyun 30, 2022 06:16 Asia/Baku
Araşdırmaçılar deyirlər ki, ən azı on saniyə bir ayaq üzərində dayana bilmək, sizin ümumi sağlamlığınızın əlaməti ola bilər.
SəhərAzəri-nin məlumatına əsasən, “Healthline” nəşrinin yazdığına görə, yeni bir araşdırma göstərir ki, bu hərəkəti edə bilməyiniz və ya bilməməyiniz, sizin qarşıdakı on il ərzində ölmə ehtimalınızın yüksək olub-olmadığını proqnozlaşdıra bilər.
Elə buna görədir ki, bir beynəlxalq tədqiqat qrupu deyir ki, bu on saniyəlik sınaq, bütün ortayaşlı insanlar üçün sağlamlıq üzrə adi yoxlamaların bir hissəsi olmalıdır.