İran filmi İtaliya festivalında mükafat qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i390781-İran_filmi_İtaliya_festivalında_mükafat_qazanıb
İranın “Şane be sər” filmi İtaliyada keçirilən "İschia" festivalının xüsusi mükafatını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2022 14:52 Asia/Baku
  • İran filmi İtaliya festivalında mükafat qazanıb

İranın “Şane be sər” filmi İtaliyada keçirilən "İschia" festivalının xüsusi mükafatını qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Şane be sər" iranlı rejissor Mehdi Qəzənfərinin çəkdiyi ilk ilk bədii filmidir ki, ilk beynəlxalq nümayişində İschia Film Festivalında üç kateqoriya üzrə mükafata namizəd seçilib. 

"İRNA"nın məlumatına görə, İtaliyada keçirilən 20-ci İschia Festivalının ən yaxşı çəkiliş mükafatı rejissoru Mehdi Qəzənfəri və prodüseri Hadi Qəzənfəri olan "Şane be sər" filminin çəkilişinə görə "Vahid Biyutə"yə verilib.

"Şane be sər" filmi, həmçinin festivalın xüsusi mükafatını da qazanıb. 

"Şane be sər" filmi iyunun 25-dən iyulun 2-dək İtaliyada keçirilən 20-ci İschia festivalında nümayiş etdirilib və tamaşaçıların rəğbətini qazanıb.