Gənc iranlı yunan-roma güləşçiləri Asiya çempionu olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i390893-gənc_iranlı_yunan_roma_güləşçiləri_asiya_çempionu_olublar
İran komandası gənclərin yunan-roma güləşi üzrə Asiya çempionatında yeddi qızıl, bir gümüş və iki bürünc medalla inamla Asiya çempionu olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2022 11:46 Asia/Baku
  • Gənc iranlı yunan-roma güləşçiləri Asiya çempionu olublar

İran komandası gənclərin yunan-roma güləşi üzrə Asiya çempionatında yeddi qızıl, bir gümüş və iki bürünc medalla inamla Asiya çempionu olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Gənclərin yunan-roma güləşi üzrə Asiya çempionatı çərşənbə axşamı və çərşənbə günlərində Bəhreynin Manama şəhərində keçirilib. Sonda İran komandası Seyid Arəş Negəhdari, Əhmədrza Möhsünnejad, İman Məhəmmədi, Seyid Danyal Söhrabi, Əmir Əbdi, Əlirza Mohmedi və Fərdin Hidayəti vasitəsilə qızıl medallara nail olub. Məsud Kavusi gümüş, Əli Abidi-Dərzi və Əmirrza Əkbəri isə bürünc medal qazanıblar.

Bu yarışların komanda sıralamasında İran 225 xalla birinci, Qazaxıstan 175, Qırğızıstan isə 155 xalla ikinci və üçüncü olublar.