İran komandası Beynəlxalq Kimya Olimpiadasında 4 medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i391359-İran_komandası_beynəlxalq_kimya_olimpiadasında_4_medal_qazanıb
İranlı şagirdlər Çində keçirilən 54-cü Beynəlxalq Kimya Olimpiadasında iki qızıl və iki gümüş medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2022 14:27 Asia/Baku
  • İran komandası Beynəlxalq Kimya Olimpiadasında 4 medal qazanıb

İranlı şagirdlər Çində keçirilən 54-cü Beynəlxalq Kimya Olimpiadasında iki qızıl və iki gümüş medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Fövqəladə İstedadların İnkişafı üzrə Milli Təşkilatının məlumatına görə, Beynəlxalq Kimya Olimpiadasında Məhəmməd Hüseyn Bərəkati, İliya Kəhvənd qızıl, Seyid Əmir Hüseyn Rəzəvi və Əmir Məhəmməd Hüseyni isə gümüş medal qazanıblar.

Yarış 84 ölkənin iştirakı ilə virtual olaraq Çində keçirilib.

Beynəlxalq Kimya Olimpiadası orta məktəb səviyyəsində dünyanın ən istedadlı kimya şagirdləri üçün hər il keçirilən müsabiqədir.