Meymunçiçəyi epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i391477-meymunçiçəyi_epidemiyası_ilə_bağlı_fövqəladə_vəziyyət_elan_edilib
Ümumdünya Səhiyyə Təşkilatı, meymunçiçəyi virusunun dünyanın müxtəlif ölkələrində yayılmasının ciddi bir təhlükə və onunla mübarizə üçün xüsusi tədbirlərin görülməsinin lazım olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2022 12:40 Asia/Baku
  • Meymunçiçəyi epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edilib

Ümumdünya Səhiyyə Təşkilatı, meymunçiçəyi virusunun dünyanın müxtəlif ölkələrində yayılmasının ciddi bir təhlükə və onunla mübarizə üçün xüsusi tədbirlərin görülməsinin lazım olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Meymunçiçəyi xəstəliyi dəri üzərində müəyyən sızanaqlar qoyan bir xəstəlikdir, lakin bu xəstəlik nadir hallarda ölümlə nəticələnə bilər.

Meymunçiçəyinə yoluxmanın ilkin halları homoseksuallar və biseksuallar arasında və ya digər kişilərlə cinsi əlaqədə müşahidə olunub.

Ümumdünya Səhiyyə Təşkilatı şənbə günü bir bildirişdə meymunçiçəyi epidemiyasınıi bütün dünyada səhiyyə sahəsində fövqəladə bir vəziyyət adlandırıb. Bildirib ki, bu virusun yayılması təhlükəsi bütün dünya ölkələrinə yönəlib və hökumətlər onunla bağlı özəl tədbirlər nəzərdə tutmalıdırlar.

Təşkilat bundan qabaq ebola, zika, korona, həmçinin poliomielit xəstəlikləri üçün elan etdiyi kimi, meymunçiçəyi virusunun yayılması üçün də ən yüksək xəbərdarlıq səviyyəsini elan edibdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus təşkilatın iyun yığıncağında meymunçiçəyi virusunun yayılmasını fövqəladə bir vəziyyət hesab etməmiş və demişdi ki, hələlik bu xəstəliklə bağlı ciddi nigarançılıq yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının cümə axşamıgünkü iclasında, fövqəladə vəziyyətin elan edilməsi haqda ümumi rəy əldə edilməsə də, Tedros dedi ki, tezliklə meymunçiçəyi xəstəliyi barədə belə bir durum elan oluna bilər.

Tedros həmçinin deyib: İndiyədək dünyanın 75 ölkəsində 16 mindən çox meymunçiçəyi virusuna yoluxma halı aşkar edilibdir ki, Avropa qitəsində İngiltərənin payı başqalarından çoxdur.