İranlı qızlar taekvondo üzrə dünya çempionatının qalibi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i391749-İranlı_qızlar_taekvondo_üzrə_dünya_çempionatının_qalibi_olublar
Taekvondo üzrə yeniyetmələr arasında dünya çempionatının 5-ci turunda İranın qızlardan ibarət komandası çempionluq titulunu qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2022 15:20 Asia/Baku
  • İranlı qızlar taekvondo üzrə dünya çempionatının qalibi olublar

Taekvondo üzrə yeniyetmələr arasında dünya çempionatının 5-ci turunda İranın qızlardan ibarət komandası çempionluq titulunu qazanıb.

"İRNA"nın məlumatına görə, Bolqarıstanın Sofiya şəhərində keçirilən yarışlarda İranın qızlardan ibarət taekvondo komandası 4 qızıl, bir gümüş və bir bürünc medal qazanaraq, birinci olub.

Baran Cəmal Livani, Sayna Əlipur, Pərnian Nuri və Həna Zərrinkəmər qızıl, Parnian Saki gümüş, Fateme Baqirzadə isə bürünc medal qazanıblar.

Bundan əvvəl İranın qadınlardan ibarət taekvondo komandası Taekvondo üzrə Asiya Çempionatında da ilk dəfə olaraq, çempionluq titulunu qazanmışdı.

Taekvondo üzrə Yeniyetmələr arasında 5-ci Dünya Çempionatı Bolqarıstanın paytaxtı Sofiyanın ev sahibliyi ilə 90-dan çox ölkədən 669 taekvondoçunun iştirakı ilə iyulun 28-də start götürüb.