İranlı yeniyetmə taekvondoçu qızıl medal qazanıb
Avq 06, 2022 15:59 Asia/Baku
İranın layiqli taekvondoçusu Mətin Rezayi dünya çempionatında qızıl medal qazanıb.
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında keçirilən taekvondo üzrə dünya çempionatının davamında Mətin Rezayi altmış üç kiloqram çəki dərəcəsində finalda özbəkistanlı Nazarovu məğlub və qızıl medal əldə edib.
İranın yeniyetmə taekvondoçuları yarışların dördüncü gününün sonunadək dörd qızıl və bir gümüş medal qazanmağa müvəffəq olublar.
Sogənd Şiri, Mobina Nemətzadə, Əbülfəzl Zəndi və Mətin Rezayi İran komandasına dörd qızıl medal qazandırıblar. Pərniya Salmani isə komandamıza bir gümüş medal gətiribdir.
Yeniyetmələr arasında taekvondo üzrə on üçüncü dünya çempionatı gələn bazar gününədək keçiriləcək.