Portu Mehdi Tareminin parlaq çıxışı sayəsində liqaya bol qolla başlayıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i391932-portu_mehdi_tareminin_parlaq_çıxışı_sayəsində_liqaya_bol_qolla_başlayıb
Portu futbol komandası iranlı hücumçunun parlaq çıxışı sayəsində Portuqaliya Liqasına güclü başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2022 14:14 Asia/Baku
  • Portu Mehdi Tareminin parlaq çıxışı sayəsində liqaya bol qolla başlayıb

Portu futbol komandası iranlı hücumçunun parlaq çıxışı sayəsində Portuqaliya Liqasına güclü başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Portuqaliya Futbol Liqasının ilk həftəsində görüşlərin davamında "Portu" klubu öz doğma stadionunda "Maritimo" klubunu qəbul edib və sonda rəqib komandanı 5-1 hesabı ilə məğlub etməyi bacarıb. 

"İran Press"in məlumatına görə, Mehdi Taremi komandasının ilk qolunu 12-ci dəqiqədə vurub, Evanilson isə 40-cı dəqiqədə komandasının ikinci qolunun müəllifi olub və 43-cü dəqiqədə Mehdi Taremi komandasının üçüncü, özünün isə  bu matçda ikinci qolunu Maritimonun qapısından keçirməyi bacarıb. 

Markano və Toni Martinez Porto-nun digər qollarını vurublar, Meh Vinks bu qolların təkcə birinin əvəzini çıxa bilib. 

Portu bir neçə gün əvvəl Portuqaliya Superkubokunu qazanıb və buna görə də, bu görüşə yaxşı əhval-ruhiyyə ilə meydana daxil olub.

Beləliklə Tareminin dostları mövsümün ilk oyununu qələbə ilə arxada qoyublar və ilk 3 xalı qazana biliblər.