İranlı karateçilər Türkiyə Kocaeli 2022-də 6 medal qazanıblar
Türkiyədə Beynəlxalq "Karate 1 Seriya A" Kocaeli 2022 turniri elə bir halda öz işinə yekun vurub ki, İran təmsilçiləri 2 qızıl, bir gümüş və üç bürünc medal qazanıblar.
SəhərAzəri-nin məlumatına əsasən, "Karate One Seriya A" dünya liqasının davamında iranlı karateçilər dünən rəqibləri ilə qarşılaşıblar və 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Mahmud Nemani yeddi qələbədən sonra +84 kq çəki dərəcəsində qızıl medal qazanıb. Digər qızıl medal qazanan Mehdi Xodabəxsi -84 kq-da yeddi qələbə qazanıb.
-60 kq çəki dərəcəsində mübarizə aparan Əli Meskini altı döyüşdə qalib gəlsə də, Türkiyə karateçisinə məğlub olaraq, gümüş medal qazanıb.
Mohammad Reza Gilanpour və Morteza Neməti müvafiq olaraq -84 kq və -67 kq-da bürünc medal qazanıblar.
Nəhayət, Mahsa Əfsane Qadın Kata yarışında bürünc medal qazanıb.
Türkiyənin Kocaeli şəhərinin ev sahibliyi ilə keçirilən "Karate One Seriya A" turnirinin üçüncü mərhələsi sentyabrın 23-də başlayıb və dünən başa çatıb.