İran futbol komandası Afrika çempionu ilə heç-heçə edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393548-İran_futbol_komandası_afrika_çempionu_ilə_heç_heçə_edib
İranın futbol komandası özünün ikinci hazırlıq görüşündə Afrika çempionu olan Seneqal komandası ilə görüşüb. Oyun bir-bir hesabı ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2022 09:56 Asia/Baku
  • İran futbol komandası Afrika çempionu ilə heç-heçə edib

İranın futbol komandası özünün ikinci hazırlıq görüşündə Afrika çempionu olan Seneqal komandası ilə görüşüb. Oyun bir-bir hesabı ilə nəticələnib.

Görüşün birinci hissəsi hesab açılmadan başa çatıb. Lakin oyunun ikinci hissəsi hər iki komandanın ardıcıl hücumları ilə müşayiət olunub. Öncə Seneqal komandası iranlı futbolçu Purəli Gəncinin səhvindən sonra qol sahibi olub və oyun Seneqalın xeyrinə bir-sıfır olub.

İran komandası oyunun 65-ci dəqiqəsində Ehsan Hacı Səfinin ötürməsi və Sərdar Azmunun baş zəbəsilə Seneqalın qapısını açıb və oyun bərabərliyə çəkib.

İranın futbol komandası bundan öncəki hazırlıq görüşündə Uruqvay komandasına bir-sıfır hesabı ilə qalib gəlmişdi.

İRAN-SENEQAL:1-1