İranın Milli Rəsədxanası dünya astronomlarını heyrətə gətirib
"Science" elmi jurnalı İranın Milli Rəsədxanası ilə bağlı bir hesabat dərc edib və İranın milli teleskopunu dünya səviyyəli teleskop adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, İrandan səmanı müşahidə etmək arzusunu həyata keçirmək üçün igirmi illik səylər nəticə verdi.
Bu hesabatda İranın Milli Rəsədxanasının 3,4 metrlik teleskopu vasitəsilə ilk işığın qeydə alınması İranın elmi ictimaiyyəti üçün mühüm mərhələ hesab olunub.
"Science" jurnalı İranın milli teleskopunun koordinatlarını dünya astronomlarının nəzərindən araşdırıb.
Kembric Universitetinin astronomu Gerry Gilmore bu teleskopun qeydə aldığı görüntülər haqqında deyir: "Onlar çox möhtəşəm və gözləniləndən qat-qat yaxşıdır". İranlılar sanksiyalara qalib gəldilər ki, İran Milli Rəsədxanası sadəcə xəyal olaraq, qalmasın.
"Science" İrana qarşı sanksiyalar haqqında yazır: İranın Milli Rəsədxanasının qurulması zamanı İranlı astronomlar başqa yerlərdəki az sayda həmkarının üzləşdiyi maneələri aşmalı olublar. o cümlədən yüksək texnologiyalı idxalı məhdudlaşdıran sanksiyalar və onların xaricə səyahətlərini məhdudlaşdıran viza məhdudiyyətləri.
Tehrandakı Fundamental Elmlər üzrə Tədqiqatlar İnstitutunun astronomu deyir: "Biz məyusluq, qaranlıq və həmçinin bizi ruhdan sala biləcək sözlərlə mübarizə apardıq. Ancaq sonda biz bu möhtəşəm doğuşun şahid olduq".