İranın kişilərdən ibarət xokkey komandası Rusiya turnirində ikinci olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i396652-İranın_kişilərdən_ibarət_xokkey_komandası_rusiya_turnirində_ikinci_olub
İranın kişilərdən ibarət buzüstü xokkey üzrə milli komandası Rusiya Federasiyasında Tatarıstanda keçirilən İslam ölkələri xokkey çempionatının vitse-çempionu olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2023 17:49 Asia/Baku
  • İranın kişilərdən ibarət xokkey komandası Rusiya turnirində ikinci olub

İranın kişilərdən ibarət buzüstü xokkey üzrə milli komandası Rusiya Federasiyasında Tatarıstanda keçirilən İslam ölkələri xokkey çempionatının vitse-çempionu olub.

SəhərAzəri-nin məlumatına əsasən, Son oyununu ev sahibi Tatarıstan komandasına uduzan İranın kişilərdən ibarət xokkey yığması Oman və Tatarıstan yığmaları ilə müqayisədə top fərqi sayəsində Kazan turnirini ikinci yerdə başa vurub.

Dörd komandadan ibarət üç qrupda keçirilən kişilərin yarışında BƏƏ millisi çempion olub. İranın qadınlardan ibarət komandası da bu gün ev sahibi Tatarıstanla qarşılaşmaq üçün bazar ertəsi finala yüksəlib.

Qadınların yarışı beş komandadan ibarət qrupda keçirilib və İranın qadınlardan ibarət milli komandası finala çıxmaq üçün bütün rəqiblərini məğlub edib.