Mançester Yunayted" Liqa Kubokunun qalibi olub
Fev 27, 2023 09:38 Asia/Baku
"Mançester Yunayted" Londondakı "Uembli" stadionunda "Nyukasl"ı 2-0 hesabı ilə məğlub edərək, İngiltərə Liqa Kubokunun qalibi olub.
SəhərAzəri-nin məlumatına əsasən, "Mançester Yunayted"in qollarını 33-cü dəqiqədə Kazemiro, 39-cu dəqiqədə isə "Nyukasl"ın müdafiəçisi Sven Botman vurub, Markus Reşfordun zərbəsi ona dəyib və qapıya daxil olub.
Bu, "Mançester Yunayted"in 2017-ci ildən bəri ilk kuboku və baş məşqçi "Erik Ten Haq"ın ilk kubokudur. O, İngiltərə kubokunu qazanan ilk hollandiyalı məşqçidir.
Çoxlu sayda azarkeşləri Londona səfər edən "Nyukasl"ın 54 ildən sonra liqa kubokunu qazanma şansı var idi, amma bu intizar sona çatmadı.