İran nümayəndəsi beynəlxalq güləş yarışlarının qalibi olub
Mart 05, 2023 16:40 Asia/Baku
İranın yunan-roma güləşi üzrə milli komandasının yüz otuz kiloqram çəki dərəcəsindəki nümayəndəsi Bolqarıstanda keçirilən Danklov və Nikolay Petrov kuboku yarışlarında qızıl medala sahib çıxıb.
Murtuza Əlqousi sözügedən çəkidə Finlandiyanı təmsil edən Konesta Mainpayeni məğlub edib.
Doxsan yeddi kiloqramda isə Vəhid Dadxah bürünc medalla kifayətlənib.
İlkin yarışların sonunda və sərbəst güləşdə Hadi Vəfayi səksən altı kiloqram çəki dərəcəsində, Mustafa Təğani də yüz iyirmi beş kiloqramda finala vəsiqə qazanıblar. Danyal Şəriəti isə doxsan yeddi kiloqramda sıralama görüşünə yollanıb.
İlk dörd çəki dərəcəsində İran güləşçiləri üç qızıl və bir bürünc medal əldə etməyə müvəffəq olublar.
Teqlər