Alimlər Yerin mərkəzində yeni nüvə aşkar ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i397951-alimlər_yerin_mərkəzində_yeni_nüvə_aşkar_ediblər
Yeni araşdırmalar Yerin daxili nüvəsinin əslində iki oxşar, lakin fərqli təbəqədən ibarət olduğunu göstərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2023 08:36 Asia/Baku
  • Alimlər Yerin mərkəzində yeni nüvə aşkar ediblər

Yeni araşdırmalar Yerin daxili nüvəsinin əslində iki oxşar, lakin fərqli təbəqədən ibarət olduğunu göstərir.

 SəhərAzəri-nin məlumatına əsasən, Alimlər Yerin daxili nüvəsinin mərkəzində yerləşən bu yeni təbəqəni "ən daxili nüvə" adlandırırlar.

Yerin ən azı dörd təbəqədən ibarət olduğunu bilirik: yer qabığı, mantiya, xarici nüvə və daxili nüvə.Yerin daxili nüvəsinin birdən çox hissədən ibarət olması nəzəriyyəsi ilk dəfə 20 il əvvəl irəli sürülüb.

İndi Avstraliya Milli Universitetinin yeni tapıntıları Yerin daxili nüvəsinin mərkəzində beşinci təbəqənin mövcudluğunu təsdiq etməyə kömək edir.

Tədqiqatçılar hesab edirlər ki, onların topladıqları məlumatlar Yerin daxili nüvəsində bərk "metal top"un varlığına dair dəlillər göstərir.