Apr 05, 2023 15:47 Asia/Baku
  • Səudiyyə Ərəbistanı klubu Messiyə illik 400 milyon avro maaş təklif edib

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messiyə yeni təklif göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, Ər-Riyad təmsilçisinin nümayəndələrinin 36 yaşlı hücumçu ilə əlaqə saxlayaraq, ona illik 400 milyon avro məvacib təklif etdiklərini yazıb. Amma ulduz futbolçu Avropada qalmaq istədiyindən "Əl-Hilal" rəhbərliyi hələlik danışıqları dayandırıb.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Onun sabiq klubu olan İspaniya "Barselona"sına qayıda biləcəyi də iddia olunur.

 

Teqlər