Messi yenidən Peleni qabaqladı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i399154-messi_yenidən_peleni_qabaqladı
Argentinalı meqastar Braziliya əfsanəsinin daha bir rekordunu qırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 16, 2023 17:16 Asia/Baku
  • Messi yenidən Peleni qabaqladı

Argentinalı meqastar Braziliya əfsanəsinin daha bir rekordunu qırıb.

Ötən şənbə günü Fransa Birinci Liqasının XXXI turunda PSJ turnir cədvəlində ikinci olan "Lans"la qarşılaşıb və matç 3-0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Klubun qollarını Mbappe, Vitinya və Lionel Messi vurub.

Argentinalı əfsanə bu oyunda qol vurmaqla növbəti dəfə Braziliya əfsanəsinin rekordunu qırmağı bacarıb. Bu qolla Messi klub oyunlarında 1004 qolun vurmasına birbaşa təsir edib və bu baxımdan 1003 qola imza atan Peleni qabaqlayıb.

Bundan əvvəl Messi klub üçün 702 vurmaqla Peleni geridə qoymuşdu. Həmçinin Avropanın Top-5 liqasında 495 qol vuraraq, Kriştianu Ronaldunun rekordunu qırmışdı.