İranlı qadın atıcı dünya çempionatında ikinci olub
May 13, 2023 18:10 Asia/Baku
İranlı qadın atıcı Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında ikinci olub.
SəhərAzəri-nin məlumatına görə, Sözügedən çempionatda bu gün qadınların iyirmi beş metrlik məsafəyə tapança atışında beş yüz səksən üç xal toplamaqla yeddinci olan iranlı idmançı Haniyə Rüstəmiyan finala vəsiqə qazanıb.
Rüstəmiyan finalda ikinci yeri tutub və gümüş medalla kifayətənib.
Sözügedən yarışlarda Çin nümayəndəsi birinci, Almaniya təmsilçisi isə üçüncü olubdur.
Bu, Haniyə Rüstəmiyan tərəfindən əldə edilən iranlı qadınların tapança atışı üzrə ilk beynəlxalq medalı sayılır.