İran KAFA-nın qalibi oldu
İranın futbol üzrə milli komandası Özbəkistanı 1:0 hesabı ilə məğlub edərək, Mərkəzi Asiya Futbol Assosiasiyası CAFA Kuboku 2023-ün qalibi oldu.
Dünən axşam Daşkənd Milli Stadionunda keçirilən Finalda İran millisi Özbəkistan millisi ilə üz-üzə gəldi.
Əmir Qəle Noiyinin yetirmələri bu çətin oyunun 48-ci dəqiqəsində Sərdar Azmunun qolu ilə Sreçko Kataneçin çalışqan yetirmələrini məğlub etməyi bacardı.
Bu matçda Əlireza Beyranvənd 4-cü dəqiqədə Səid Ezatullahi ilə toqquşma nəticəsində zədələndi və onu Pəyam Niyazmənd əvəzlədi.
Özbəkistan millisinin bu görüşdə çoxlu qol imkanları olsa da, Niyazməndın parlaq çıxışı ilə qol vura bilmədi.
İranın milli futbol komandası Əfqanıstan və Qırğızıstana qarşı iki yüksək hesablı oyunda, müvafiq olaraq 6-1 və 5-1 hesabı ilə qalib gələrək, CAFA turnirinin finalına yüksəlmişdi.