İranlı hücumçu Taremi Fransa klublarının radarına düşüb
İranın hücumçusu Mehdi Tareminin “Portu” klubunda möhtəşəm çıxışından sonra o, Fransa klublarının diqqət mərkəzində olub.
Fransanın "Marsel" və "Lill" futbol klubları "Portu"nun hücumçusu ilə maraqlanıb.
"Olimpik de Marsel", "Milan" və "Mançester Yunayted" də İranın beynəlxalq oyunçusunu cəlb etməyə çalışıb.
Əl-Hilal və Əl-Nəsr daha əvvəl Taremini cəlb etmək üçün 10 milyon avro dəyərində 5 illik müqavilə təklif etmişlər. Futbolçu Səudiyyə klublarının təkliflərini rədd edib.
“Fars körfəzi oğlanı” ləqəbini alan futbolçu 18 iyul 1992-ci ildə anadan olub və Portuqaliya Primeira Liqasının “Portu” klubunda və İran millisində hücumçu kimi çıxış edir.
Reuters-in "qol maşını" adlandırdığı legioner Portuqaliya Primeira Liqasında bu mövsüm 33 matçda 22 qol vuraraq, liqanı lider bombardir kimi başa vurdu və “Portu”nun 2023-cü ildə ikinci olmasına kömək etdi.