Azərbaycanlı güləşçi Avropa çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i401303-azərbaycanlı_güləşçi_avropa_çempionu_olub
Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 02, 2023 13:12 Asia/Baku
  • Azərbaycanlı güləşçi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.Dünən həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxaraq rəqiblərinə qalib gəliblər.