Sen 16, 2023 14:00 Asia/Baku

Bundesliqanın dördüncü həftəsində "Bayern Münhen" "Bayer Leverkuzen" ilə qarşılaşmada son dəqiqələrdə qələbəni əldən verdi.

Bundesliqanın dürdüncü həftəsi çərçivəsində "Bavariya" "Allianz Arena" stadionunda "Bayer Leverkuzen" və Xabi Alonsonun yetirmələrini qəbul etdi və 2-2 hesablı heç-heçə əldə etdi. 

Bavariyalılar elə bir halda heç-heçə etdilər ki, bu oyun sona bir neçə dəqiqə qalana qədər bu komandanın 2-1 hesablı üstünlüyü ilə davam edirdi və hətta bir dəfə top onların qapı dirəyinə dəydi, amma 90+4-cü dəqiqədə onların qapısı penalti zərbəsi ilə açıldı.

Oyunda Bavariya üçün 7-ci dəqiqədə Harri Keyn və 86-cı dəqiqədə Qoretzka, Leverkuzen üçün isə 24-cü dəqiqədə Qrimaldo, 90+4-cü dəqiqədə Palasios qol vurdular. 

"Bayern Münhen" bu heç-heçə ilə 10 xal, Leverkuzen isə 10 xal qazansa da, lakin topların daha yaxşı fərqinə görə Alonsonun yetirmələri zirvədə qərarlaşdı.