Sen 16, 2023 17:57 Asia/Baku
  • Sərbəst güləş üzrə Dünya Çempionatı: İranın 3 təmsilçisi 1/4 finalda

Sərbəst güləş üzrə Dünya Çempionatında üç iranlı güləşçi rəqiblərinə qalib gələrək, 1/4 finala yüksəliblər.

Sərbəst güləş üzrə dünya çempionatının 1/8 final mərhələsində Həsən Yəzdani Monqolustan olan rəqibi ilə qarşılaşıb və 11-0 hesabı ilə qalib gəlib.

Yəzdani ilk raundda avstraliyalı rəqibinə texniki nokautla qalib gəlib. Həmçinin, 70 kq çəki dərəcəsində mübarizə aparan "Əmir Məhəmməd Yəzdani" ilk mərhələdə Polşadan olan rəqibini 11-1, ikinci mərhələdə Azərbaycan Respublikasından olan rəqibini 6-0 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib. Əmir Məhəmməd Yəzdani 1/4 finalda qırğızıstanlı rəqibini də 10-0 hesabı ilə məğlub edib və yarımfinala yüksəlib . O, yarımfinalda Bolqarıstandan olan Rusiya əsilli Ramazan Ramazanovla qarşılaşıb və 13-2 hesabı ilə qalib gələrək, finala yüksəlib.

"Əmir Hüseyn Zare" də 125 kq çəki dərəcəsində birinci raundda istirahətdən sonra ikinci raundda Belarusdan olan rəqibinə 7-2, üçüncü raundda isə Puerto-Rikodan olan rəqibinə 10-0 hesabı ilə qalib gəlib və 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, sentyabrın 16-dan 19-dək Serbiyanın paytaxtı Belqradda sərbəst güləş üzrə kiçirilən dünya çempionatı "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Yarışların ilk günündə, bu gün Belqraddakı Ştark Arena idman zalında 61, 70, 86 və 125 kq çəki dərəcələrində mübarizələrə start verilib.