İyul 30, 2017 14:33 Asia/Baku
  • Elm və texnologiya parkları müqavimət iqtisadiyyatının ön xəttində
    Elm və texnologiya parkları müqavimət iqtisadiyyatının ön xəttində

Bura, 24 hektarlıq bir ərazi olaraq milli və beynəlxalq şirkətlərin yerləşməsi üçündür. Müqavimət iqtisadiyyatının və geniş iş yerlərinin yaradılması ölkədə sənayenin inkişafına ehtiyaclıdır.

Rabitə və informasiya texnologiyaları iqtisadi inkişaf üzrə ən uğurlu zəminlərdən biridir.

Son illərdə müqavimət iqtisadiyyatı siyasətlərinin ən mühüm hədəflərindən biri, ölkədə daha çox iş yerlərinin yaradılması üçün elm və texnologiya parklarının inkişaf etdirilməsidir.

Bu gün səhər Tehran-Kərəc magistral yolunun 26-cı kilometrində rabitə və informasiya texnologiyaları üzrə elm və texnologiya parkının açılışı İranın rabitə və informasiya texnologiyaları, eləcə də elm, tədqiqat və texnologiya nazirlərinin və ölkənin rabitə sahəsi üzrə bir qrup müdirinin iştirakı ilə keçirildi.

Seddiq- Tehran Universitetinin texnologiya parkının sədri:

Müqavimət iqtisadiyyatının ən mühüm bölməsini elm və texnologiya parkları hesab etməliyik ki, ticariləşdirmə halqası yaradırlar. Elm və texnologiya parkı iş yerlərinin yaradılması, elmi əsaslı iqtisadiyyatın inkişafı və texnologiyanın genişləndirilməsi məsələsində təsirli sosial orqanlardan biri kimi bir çox dünya ölkəsinin diqqət mərkəzində durubdur.

Rabitə və informasiya texnologiyaları naziri Vaizi elmi əsaslı iqtisadiyyatın böyük önəminə toxunaraq, deyib: İnformasiya texnologiyaları və rabitə dünyada strateji bir elm sayılır ki, Əlborz elm və texnologoiya parkında informasiya dataları və əşya interneti kimi məsələlərə daha çox önəm verilibdir. İnformasiya və rabitə üzrə modern texnologiyalar parkı rabitə və informasiya texnologiyaları nazirliyinin imkanlarına söykənərək, yenicə yaradılmış texnologiya şirkətlərinin peşəkar iştirakı və yerləşmələri üçün münasib bir mühitdir.

Elm, tədqiqat və texnologiya naziri də elm və texnologiya parklarını müqavimət iqtisadiyyatının ön xətlərindən adlandırıb: Bu üstün texnogoliyanın yerliləşdirilməsilə dünyadakı üstün iqtisadiyyatlar sırasında dura bilərik. Bu elm və texnologiya mərkəzinin ən böyük qüvvət nöqtəsi bu park ilə sənaye sektoru və bazar arasında strateji əməkdaşlıqdır.

Beynəlxalq bazarların fəth edilməsi və milli ehtiyacların aradan qaldırılması istiqamətində mötəbər daxili və beynəlxalq şirkətlərin yerləşməsi və həmkarlığı elm və texnologiya parkının əh mühüm hədəflərindəndir.

 

Teqlər