Gilandan Azərbaycana qədər velosipedlə
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i278216-gilandan_azərbaycana_qədər_velosipedlə
Yeddi gilanlı velosipedçi İran və Azərbaycan dostluğunun iyirmi beş illiyi münasibəti şüarı ilə İran Astara sərhədindən Azərbaycanın Bakı şəhərinə qədər velosipedlə səfərə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2017 16:29 Asia/Baku
  • Gilandan Azərbaycana qədər velosipedlə
    Gilandan Azərbaycana qədər velosipedlə

Yeddi gilanlı velosipedçi İran və Azərbaycan dostluğunun iyirmi beş illiyi münasibəti şüarı ilə İran Astara sərhədindən Azərbaycanın Bakı şəhərinə qədər velosipedlə səfərə başlayıb.

Gilan vilayətindən 7 velosipedçi maraqlı bir səfərə başlayıb. Qonşu və müsəlman İran İslam Respublikası və Azərbaycan Respublikası dostluğunun 25 illiyi münasibəti və davamlı qanvermə aksiyası bu səfərin əsas məqsədini daşıyır. Velosipedçilər azarkeşlərin dəstəyi ilə Astara sərhədindən paytaxt Bakıya doğru yola düşüblər.

Gilan vilayətinin Velosiped Heyəti Velosiped Turu Komitəsinin məsulu və bu yeddi nəfərlik komandanın kapitanı Saman Yusifi deyib: Velosipedçilər Rəşt-Astara yolunu bir gün ərzində qət ediblər və 2 gün ərzində Astara sərhəd rayonundan Bakıya qədər 320 kilometrlik məsafəni qət edəcəklər. Bu Gilan vilayəti Velosiped Heyəti Velosiped Turu Komitəsinin ilk xarici rəsmi səfəridir. Səfərin şüarı isə İran və Azərbaycanın dostluğunun 25 illiyi və davamlı qanvermə aksiyasıdır.

Bundan öncə də bu velosipedçilər Məşhəd-Rəşt, Tehran-Lahican və Çabuksər-Astara istiqamətlərini Xəzər dənizinin mühafizəsi və Astara-Qorqan istiqamətini isə ətraf mühitin mühafizəsi şüarı ilə qət etmişlər.