İranlı cərrah Gövhərşad mükafatına layiq görülüb
Avq 01, 2017 15:45 Asia/Baku
-
İranlı cərrah Gövhərşad mükafatına layiq görülüb
İranlı qadin həkim Löbət Giranpayə xeyirxah təşəbbüslərinə görə Gövhərşad dünya mükafatına layiq görülüb.
İRİB-in verdiyi məlumata görə, Löbət Giranpayə 2016-cı ilədək yoxsul bölgələrdə cəmi 54 min xəstəni pulsuz müayinə etdiyinə və 1500 pulsuz əməliyyat apardığına görə bu mükafatın qalibi olub.
İranlı cərrah xanım 2007-ci ildə də İran Qadınları Sağlamlıq Mərkəzini təsis etmişdir və 2016-cı ilədək Tehranda və ölkənin digər vilayətlərində qadın xərçəngi üzrə 65 profilaktik mərkəz yaratmışdır.
Ümumdünya Gövhərşad mükafatı üzrə 2-ci festival bu gün islam dünyasının yüzlərlə xeyirxah qadınlarının iştirakı ilə Məşhəddə Qüds zalında keçirilib.