Avq 05, 2017 20:15 Asia/Baku
  • İran beynəlxalq kompüter olimpiadasında dördüncü olub
    İran beynəlxalq kompüter olimpiadasında dördüncü olub

Beynəlxalq kompüter olimpiadası məktəblilərin dünyada kompüter elmləri sahəsində ən geniş elmi yarışı kimi xalqlar arasında mədəniyyət və elmi münasibətlərin genişləndirilməsi, eləcə də kompüter və informatika elmlərində tədqiqat və öyrənməyə maraq və stimul hədəfilə keçirilir.

2017-ci il beynəlxalq kompüter olimpiadası dörd gün müddətinə Tehranda keçirilib. Onda dünyanın 85 ölkəsini təmsil edən 320 məktəbli dörd nəfərlik komandalar formasında yarışıb. 

İranın 29-cu beynəlxalq kompüter olimpiadasına ev sahibliyi etməsinə görə, bu yarışlarda İrandan iki komanda iştirak edibdir. İranın əsas komandası bir qızıl və üç gümüş medal qazanaraq, dördüncü yerdə durub, lakin ikinci komanda 11-ci yer ilə kifayətlənibdir.

Kim Brayan-Filippin: İran bu yarışları çox yaxşı keçirdi və iştirakçı məktəblilərə lazım olan bütün imkanları ən yaxşı şəkildə bizim ixtiyarımıza qoydu.

Bensel-Hindistan: İranın təşkilatçılığını çox yaxşı qiymətləndirirəm, amma təəssüflər olsun ki, bizim komanda özünü yaxşı göstərə bilmədi və bu, bizi narahat edir.

Cisin-Kanada: Biz tam şəkildə öz komandamızdan razı deyilik. Gözləyirdik ki, yaxşı yerlər əldə edək, amma digər komandalar daha güclü idilər və İran da öncəkindən çox güclü idi və İran komandasını təbrik edirəm.

Əmir Butlan-Mərakeş: Çox çətin bir sınaq idi və burada qalibi təyin edən məhz iştirakçı komandaların ciddi-cəhdi idi. Daha çox məşq etmiş və yüksək intellektə və ağıla malik olan komanda yüksək yerləri əldə etdi.

Mohəmməd Əli Əbam-yarışların müdiri: 84 ölkədən olan komandalar bu yarışlarda iştirak etdilər. İran üçün önəmli idi. Yarışların keçirildiyi günlərdə heç bir iştirakçı qrup üçün bir problem yaranmadı. Nəzərə çətin sınaq kimi gəlirdi, lakin bütövlükdə iştirakçılar razı idilər. Boş vaxtlarda uşaqları əyləncə məkanlarına apardıq ki, həm əhval-ruhiyyələri təzələnsin, həm də İranla daha artıq tanış olsunlar.

30-cu beynəlxalq kompüter olimpiadasına ev sahibliyi edəcək Azərbaycan Respublikası da yüksək yer əldə etmək üçün bu yarışlarda iştirak etməkdən əlavə, İranın təşkilatçılıq tərzini öyrənmək və öz dost və qardaş ölkəsi İrandan bəzi təcrübələri kəsb etmək üçün bu olimpiadada iştirak edirdi.

Bu yarışlarda Yaponiya komandası üç qızıl medal qazanaraq, birinci oldu. Çin və Rusiya isə müvafiq olaraq, ikinci və üçüncü yerləri əldə etdilər.

Teqlər