İranlı idmançı qayayadırmanma növü üzrə dünyanın ən güclüsü elan edildi
Avq 06, 2017 07:01 Asia/Baku
-
İranlı idmançı qayayadırmanma növü üzrə dünyanın ən güclüsü elan edildi
Beynəlxalq Alpinizm və Qayayadırmanma Federasiyası qayayadırmanma üzrə kişilərarası ən son reytinq cədvəlini açıqlayaraq, iranlı idmançı Rza Əlipuru sürət bölməsində dünyanın ən üstün idmançısı elan edib.
İRNA-nın məlumatına görə, İsveçrədə keçirilən "Vilars" dünya çempionatının sürət bölməsində dünya çempionu adını qazanmasıilə Rza Əlipur sürət bölməsi üzrə qayayadırmanma idman növündə dünya reytinq cədvəlinin zirvəsinə yüksəlib.
Əlipur cari ildə keçirilən Nancinq və Vilars dünya çempionatlarının hər ikisində qızıl medalın sahibi olub.
Qayayadırmanma idman növü üzrə kişilər arası sürət bölməsinə dair son reytinq cədvəlində Rza Əlipur 24300 xal ilə ilk pilləyə yüksəlib. Bu reytinq cədvəlində 52 idmançının adı yer alıb.