Yəzddə ilk dəfə olaraq yeraltı suvarma metodu
İranın Yəzd vilayətinin Bəhabad rayonunda 130 min kənd təsərrüfatı ərazisinin suvarılması üçün ilk dəfə olaraq yeraltı suvarma metodu icra olunub.
Yəzddə ilk dəfə olaraq yeraltı suvarma metodu. Bu metodda su və peyin birlikdə ağacı qidalandırır. Bu metodun icrası kənd təsərrüfatçılarının razılığına səbəb olub və suyun istehlakında da qənaət olunur.
Bir əkinçi deyib: Mənim 75 yaşım var. Çox narahat idim ki, olmaya birdən sabah bu əkinçiliyi nə edəcəyəm, kimə tapşıracağam.
Başqa bir əkinçi deyib: Hal hazırda 102 nəfərin yerinə bir nəfər iş saatında çalışır. 130 min hektar ərazi üçün. Hal hazırda doğrudan da biz behiştdə yaşayırıq.
Bəhabadlı əkinçilərin behişti sadəcə yeraltı suvarma metodunun icrası ilə gerçəkləşmişdir.
Bəhabad Kənd Təsərrüfatı idarəsinin direktoru Rəhmətian deyib: Ölkədə ilk dəfə olaraq ən müasir və ən yeni suvarma metodu olan, yeraltı suvarma ilə planlaşdırılmış və tətbiq olunmuş plan, 2 milyard 230 milyon tümən vəsaitlə icra mərhələsinə çatdırıldı.
Bu planın icrası ilə ehtiyac duyulan hazırlanmış peyin və su 2000 kubmetr həcmli su anbarı və 500 kilometr su boru kəməri və kranlarla püstə ağaclarına çatır.
Suvarma metodu üzrə mütəxəssis deyib: Əvvəlki suvarma metodunda 130 min hektar ərazini suvarmaq üçün 1 milyon 150 min kubmetr su istifadə olunurdu, hazırkı metodla müqayisədə isə təxminən 585 min kubmetr suya qənaət olunur.
Mütəxəssis əlavə edib: Bu sistem bizim öncədən sınaqdan keçirdiyimiz su və torpağa əsasən ehtiyac duyulan peyini müxtəlif fəsillərdə və müxtəlif zamanlarda meyvə ağacının kökünə çatdırır.
Həmçinin su dövriyyəsinin 95%-ə artırılması, istehsalın ikiqat artırılması, alaqların təmizlənməsi ilə həşərat və xəstəliklərin azaldılması və su buxarlanmasının qarşısının alınması yeraltı suvarma metodunun icrasının digər özəlliklərindən sayılır.