İran kimya və riyaziyyat olimpiyadalarında birinci oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i279988-İran_kimya_və_riyaziyyat_olimpiyadalarında_birinci_oldu
İran İslam Respublikası XVIII Beynəlxalq Kimya və Riyaziyyat Olimpiyadasında birinci yeri qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2017 13:40 Asia/Baku
  • İran kimya və riyaziyyat olimpiyadalarında birinci oldu
    İran kimya və riyaziyyat olimpiyadalarında birinci oldu

İran İslam Respublikası XVIII Beynəlxalq Kimya və Riyaziyyat Olimpiyadasında birinci yeri qazanıb.

İRNA-nın məlumatına görə, bu gün səhər Tehranın Şəhid Behişti Universitetinin Ədəbiyyat və Humanitar Elmlər İnstitutunda Beynəlxalq Riyaziyyat və Kimya Olimpiyadalarında iştirak edən komandaların qalib üzvləri müəyyənləşib və mükafatlandırılıb. 

İran, Rusiya, Tatarıstan Muxtar Respublikası Beynəlxalq Kimya Olimpiyadasında müvafiq olaraq birinci-üçüncü yerləri tutublar. 

XVIII Beynəlxalq Riyaziyyat Olimpiyadası və X Beynəlxalq Kimya Olimpiyadası İran, Rusiya, Tatarıstan, İraq, Ukrayna, Polşa və Serbiya tələbələrindən ibarət komandaların iştirakı ilə 13-17 avqustda Tehranın Şəhid Behişti Universitetində keçirilib.