İranın tələbə idman karvanı daha iki bürünc medal əldə edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i280334-İranın_tələbə_idman_karvanı_daha_iki_bürünc_medal_əldə_edib
İranın sabir silahı ilə qılıncoynadanları Tayvanda keçirilən Universiada-2017 Dünya Tələbə Oyunlarında 2 bürünc medal qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2017 13:45 Asia/Baku
  • İranın tələbə idman karvanı daha iki bürünc medal əldə edib
    İranın tələbə idman karvanı daha iki bürünc medal əldə edib

İranın sabir silahı ilə qılıncoynadanları Tayvanda keçirilən Universiada-2017 Dünya Tələbə Oyunlarında 2 bürünc medal qazanıblar.

İranın sabir silahı ilə qılıncoynadanları Mohəmməd Fotuhi və Mohəmməd Rəhbəri bu gün Tayvanda keçirilən Universiada-2017 Dünya Tələbə Oyunlarında sabir silahı ilə qılıncoynatma yarışlarında bürünc medal qazanıblar.

Bundan öncə İran gənclərinin "pumse" idman növü üzrə nümayəndələri Dünya Tələbə Oyunlarında 2 bürünc medal qazanmışdılar.

İranın tələbə idman karvanı indiyədək Universiada-2017 adı altında keçirilən 29-cu Dünya Tələbə Oyunlarında dörd bürünc medal əldə edibdir.

İranın tələbə idman karvanı cüdo, oxatma, qılıncoynatma, voleybol, taekvandonun pumse növü, uşu, badminton və ağırlıqqaldırma kimi səkkiz idman növündə yarışan 62 idmançı ilə Universiada-2017 Dünya Tələbə Oyunlarında iştirak edir.