Avq 22, 2017 08:59 Asia/Baku
  • İranın yunan-roma güləşçiləri üç bürünc medal qazandı
    İranın yunan-roma güləşçiləri üç bürünc medal qazandı

İranın üç güləşçisi Fransada keçirilən Yunan-Roma Güləşi üzrə Dünya Çempionatının bürünc medal uğrunda yarışlarda rəqiblərini məğlub edərək bürünc medala layiq görülüblər.

İranlı güləşçilər Məhəmməd Əli Gerayi 71, Səid Əbdəvəli 75 və Hüseyn Nuri 85 kq çəki dərəcəsində rəqiblərindən üstün olaraq üçüncü yeri əldə ediblər. 

Beləliklə Parisdə Dünya Çempionatı 2017-nin ilk günündə iranlı güləşçilər 3 bürünc meda qazanıb və komanda şəklində 24 xalla üçüncü yerdə qərarlaşıb. 

İlk günün sonunda, Rusiya 30, Macarıstan 27, İran 24 və Gürcüstan 20 xalla 1-4-cü yerləri bölüşürlər. Almaniya, Türkiyə, Ermənistan və Serbiya 5-8-ci yerlərdədir. 

2-ci dörd çəkinin yarışları bu gün başlayacaq. 

Teqlər