İranlı idmançıların Universiada-2017-nin 6-cı günündəki uğurları
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i280734-İranlı_idmançıların_universiada_2017_nin_6_cı_günündəki_uğurları
İranın tələbə idman karvanı Universiada-2017 adı altında keçirilən 29-cu Dünya Tələbə Oyunlarının 6-cı günündə taekvando yarışlarında uğurla çıxış edərək, iki qızıl və bir bürünc medal qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2017 14:45 Asia/Baku
  • İranlı idmançıların Universiada-2017-nin 6-cı günündəki uğurları
    İranlı idmançıların Universiada-2017-nin 6-cı günündəki uğurları

İranın tələbə idman karvanı Universiada-2017 adı altında keçirilən 29-cu Dünya Tələbə Oyunlarının 6-cı günündə taekvando yarışlarında uğurla çıxış edərək, iki qızıl və bir bürünc medal qazanıb.

29-cu Dünya Tələbə Oyunlarının 6-cı günü bu gün cərəyan edib və İran idmançıları taekvando, qılıncoynatma, ağırlıqqaldırma və voleybol yarışlarında çıxış ediblər.

6-cı gündə əldə olunmuş üç medalla İranın tələbə idman karvanının medallarının sayı 16-ya çatıb və beləliklə, İran komandası medallar cədvəlində 9-cu pilləyə yüksəlibdir.

İranın tələbə idman karvanı indiyədək taekvando üzrə 4 qızıl, eləcə də taekvando, kişilərin kampond və qılıncoynatma yarışlarında 3 gümüş və pumse, qılıncoynatma, taekvando və ağırlıqqaldırma yarışlarında isə 9 bürünc medal əldə edibdir.