İranın tələbə voleybol komandası yarımfinal mərhələsinə çıxıb
Avq 27, 2017 08:47 Asia/Baku
-
İranın tələbə voleybol komandası yarımfinal mərhələsinə çıxıb
İranın tələbə voleybol komandası Çexiya komandasına qalib gələrək, Tayvanda keçirilən Universiada-2017 Dünya Tələbə Oyunlarının yarımfinal mərhələsinə çıxıb.
İranın tələbə voleybol komandası bu gün Universiada-2017 adı altında keçirilən 29-cu Dünya Tələbə Oyunlarında Çexiya komandası ilə qarşılaşaraq, bu komandanı 3-0 hesabı ilə məğlub edib.
İranın tələbə voleybol komandası bu qələbə ilə ilk dəfə olaraq Dünya Tələbə Oyunlarının yarımfinal mərhələsinə çıxır.
İranın tələbə voleybol komandası yarımfinal mərhələsində Braziliya-Ukrayna görüşünün qalibi ilə qarşılaşacaq.
Teqlər