28-ci milli əl işləri sərgisi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i281068-28_ci_milli_əl_işləri_sərgisi
İranın 31 vilayətinin əl işləri məhsulları Tehranda 400-dən çox pavilonda nümayiş etdirilir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2017 10:13 Asia/Baku
  • 28-ci milli əl işləri sərgisi
    28-ci milli əl işləri sərgisi

İranın 31 vilayətinin əl işləri məhsulları Tehranda 400-dən çox pavilonda nümayiş etdirilir

İran qədim tarixə və çeşitli adət-ənənələrə malikdir və keşmişdən qalan mədəni yadigarlar xalqın milli mentalitetinin əsas hissəsini təşkil edir. Bu tarixi irs çeşidli formalara malikdir və onların hər biri bu diyarın parlaq keşmişini özündə əks etdirir. Hər bir xalqın o sıradan da İran xalqının özünə məxsus tarixi irslərindən biri də əl işləri sənayesidir. Əl işləri iranlıların zövqünü, sənət bacarığını, mədəni mentalitetini, məişət keçmişi və adət-ənənələrini özündə əks etdirir. 

İran əl işləri məhsulları baxımından zəngin ölkələrdən biridir və burada parça, metal, ağac, palçıq və sairə materiallardan istifadə olunaraq dəyərli sənət əsərləri yaradılır. 

28-ci milli əl işləri məhsulları sərgisi Tehranın sərgilər ərazisində öz işinə başlayıb. 

Müsahibə: İran formasında ev adlı bir layihədir, biz İrana məxsus hazırlanan məhsullardan evlərdə istifadə edilməsinə üstünlük veririk. Hal-hazırda bu məhsulların sayı 250-yə çatıb. 

Ölkənin 31 vilayətinin əl işləri məhsulları 400-dən çox pavilonda nümayiş etdirilir. Sərginin ümumi ərazisi 5500 kvadrat metrdir. 

Məhəmməd Hüseyn Əfşarian- Mədəni irslər üzrə ekspert : Cari hicri şəmsi ilinin həsir ili adlandırılmasını nəzərə alaraq mədəni irs təşkilatının dəstək kampaniyası az təminatlı bölgələrə səfərlər təşkil edir və yerli əl işləri məhsulları xüsusiylə də həsirləri satın alır və əl işləri sərgilərində satışa buraxır. Əslində məhsul hansı qiymətə satılırsa eyni məbləğ istehsalçıya ödənilir. 

Əfşin Heydəri- Mədəni irs təşkilatının sədr müavini: Əl işləri bizim mentalitetimizdir və eyni zamanda iş yerlərinin yaradılmasına səbəb olur. Biz əl işlərini daha geniş təqdim və təbliğ etməliyik və satışı artırmaqla bu sahənin inkişafına kömək etməliyik. Sənətkarlar isə öz fəaliyyətlərində yeniliklərə xüsusi yer verməlidirlər, yaradıcılıq göstərməlidirlər və eyni zamanda uyğun qablaşdırmadan istifadə edilməlidir. 

Müsahibə : Biz mükafatlar və nişanları mina işləri və digər əl işləri ilə gözəlləşdiririk. Bir neçə xarici sərgidə iştirak etmişik və ixracata hazırlaşırıq.