İspaniyada pomidor savaşı
Avq 31, 2017 08:59 Asia/Baku
-
İspaniyada pomidor savaşı
İspaniyada 20 min nəfərin iştirakı ilə ənənəvi pomidor savaşı mərasimi keçirilib.
Dünən 20 mindən çox insan illik ənənəyə çevrilən pomidor savaşı mərasimində iştirak etmək üçün İspaniyanın şərqində bir araya gəliblər.
Mərasimdə 160 ton pomidordan istifadə olunub. Mərasim 10 min əhalisi olan Valnesiyanın mərkəzi Bunol şəhərində keçirilib. Yerli rəsmilər əhalinin təhlükəsizliyinin təmini üçün 700 polis qüvvəsini mərasimin keçirildiyi əraziyə cəlb ediblər. 65 faizini əcnəbilərin təşkil etdiyi İştirakçıların çoxu əski geyimlərdən istifadə ediblər.