Tehran İdman və İdman Avadanlıqları Beynəlxalq Sərgisi
-
Tehran İdman və İdman Avadanlıqları Beynəlxalq Sərgisi
İdman insan bədəninin ayrılmaz bir hissəsidir. Bədənin bütün orqanları üçün qidadir. Qəlb və bədəndən ruha, hətta düşüncəyə. Görən, insanlar lazım olan qədər bu mühüm məsələ ilə dostluq edirlərmi?
Bu gün idman dünyada müxtəlif yollarla qaldırılmış bir məsələdir və insanlar az-çox onunla məşğul olurlar. Bəziləri peşəkar formada və bəziləri də ibtidai şəkildə. Bəziləri idman proqramını və idmanı görməyə, digərləri isə idman və idman avadanlıqları vasitəsilə işlə məşğul olmağa maraqlıdırlar.
İdman gənclərin boş vaxtlarını doldura biləcək ən sağlam və ən faydalı əyləncələrdən biridir. İnsandan halsızlıq və tənbəlliyi uzaqlaşdırır, insana sevinc və şadlıq bəxş edir. İdman cəsarət və fədakarlıq və zülmə qarşı mübarizə ruhunu gücləndirir.
Bu istiqamətdə Tehran İdman və İdman Avadanlıqları 16-cı Beynəlxalq Sərgisi işə başladı. Bu sərgi ictimai idman və çempionatlarını gücləndirmək, idman məkanlarını inkişaf etdirmək, idman və idman avadanlıqları sahəsində ən son nailiyyətlər və texnologiyaların təqdim edilməsi, əsas idman növlərinə diqqət yetirilməsi və inkişaf etdirilməsi, məktəb idmanlarının inkişafı, idman avadanlıqları sahəsində əldə olunmuş nailiyyətlərlə tanışlıq və rəqabət mühiti yaratmaq, həmçinin idman məhsulları və avadanlıqlarının keyfiyyətinin yüksəldilməsi kimi mühüm məqsədlərə malikdir.
Sərgidə ən böyük və nüfuzlu şirkətlər, fabriklər və yerli və xarici istehsalçılar tərəfindən istehsal olunmuş ən müasir idman avadanlıq və məhsulları, eləcə də müxtəlif əyləncə proqram və xidmətləri təqdim olunur.