Amerikada ağıllı xidmətçi robot düzəldilib
Amerikalı mütəxəssislər ağıllı xidmətçi robot düzəldiblər.
Əslində ağıllı tozsoran və xidmətçi olan bu robot məsafədən idarəetmə sisteminə malikdir. Robot Kaliforniyada yerləşən Nyato şirkəti tərəfindən düzəldilib. Bu robotun əsas xüsusiyyəti təmizlədiyi məkanın xəritəsini yaddaşında saxlaya bilməsidir. Bu robot yaddaşına verilən xəritəyə əsasən, müəyyən edilmiş məkanda təmizlik işlərini ən qısa zamanda və ən az enerji sərf etməklə həyata keçirir. Bu robot evin xəritəsini mobil telefona və ya planşetə yüklənmiş proqram vasitəsi ilə istifadəçiyə göndərir və evin hansı hissəsində təmizlik işinin aparılmasının lazım olduğunu xəritə üzərində nişanlamasını istəyir.
"Botvak D7" adlandırılan bu ağıllı tozsoran Berlində keçirilən illik texnologiya sərgisində nümayiş etdirilir.