100 ölkə İranda keçiriləcək "Həqiqət Kinosu" beynəlxalq festivalını müsbət qarşılayıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i282219-100_ölkə_İranda_keçiriləcək_həqiqət_kinosu_beynəlxalq_festivalını_müsbət_qarşılayıb
Dünyanın 100 ölkəsindən 4102 qısa, orta və uzun metrajlı filmlərin müəllifləri İranda keçiriləcək 11-ci beynəlxalq "Həqiqət Kinos" festivalında iştirak etmək istəyi ilə çıxış ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2017 09:13 Asia/Baku
  • 100 ölkə İranda keçiriləcək

Dünyanın 100 ölkəsindən 4102 qısa, orta və uzun metrajlı filmlərin müəllifləri İranda keçiriləcək 11-ci beynəlxalq "Həqiqət Kinos" festivalında iştirak etmək istəyi ilə çıxış ediblər.

İRNA-nın verdiyi məlumata görə, Hindistan, Amerika, Almaniya, İngiltərə, İtaliya, Fransa, İspaniya, Kanada və Braziliyalı kino istehsalçıları "Həqiiqət Kinosu" festivalının katibliyinə ən çox film göndərən ölkələrdirlər.

Bu məlumata görə, Kaan, Berlin, Venesiya, Lokarno, İdea, Hot Doqs və Karlovıy Varı kimi tanınmış beynəlxalq festivallarda nümayiş etdirilmiş filmlər arasından seçilmiş bu əsərlərin bir hissəsi 11-ci beynəlxalq "Həqiqət Kinosu" festivalında nümayiş etdiiriləcək.

11-ci beynəlxalq "Həqiqət Kinosu" festivalı 10-17 noyabr tarixlərində Tehranda keçiriləcək.,