Kəlpurqan kəndi YUNESKO-da qeydə alındı
Sen 17, 2017 04:42 Asia/Baku
-
Kəlpurqan kəndi YUNESKO-da qeydə alındı
İranın Sistan və Bəluçestan ostanının Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm İdarəsinin müdiri bu ostanda yerləşən Kəlpurqan kəndinin YUNESKO tərəfindən qeydə alınmasından xəbər verib.
Kambiz Müştaq Gövhəri şənbə günü axşam Fars xəbər agentliyinə verdiyi müsahibədə deyib: Bu addım Kəlpurqan kəndinin dünyaya tanıtdırılması istiqamətində atılmış mühüm addımdır.
Kəlpurqan saxsısı 7 min illik tarixə malikdir.
İran Kerman ostanına məxsus "Şir Yeki Piç" kilimi və Kürdüstan ostanına aid çarıq növü olan "Givə"nin YUNESKO tərəfindən qeydə alınması üçün təklif irəli sürüb.
Teqlər