Paslanma və çöküntüyə qarşı Pars-Kimya maddəsi ixtira olunub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i282893-paslanma_və_çöküntüyə_qarşı_pars_kimya_maddəsi_ixtira_olunub
İsfahanda ixtiraçılar heyrətamiz bir məhsulu istehsal ediblər. Belə ki, su avadanlıqlarında çöküntü və paslanmanı aradan qaldırmaq təxliyyə olmadan mümkündür. Bu səy zavod və sənaye sahiblərinin üzərindən çoxlu xərcləri götürə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2017 15:44 Asia/Baku
  • Paslanma və çöküntüyə qarşı Pars-Kimya maddəsi ixtira olunub
    Paslanma və çöküntüyə qarşı Pars-Kimya maddəsi ixtira olunub

İsfahanda ixtiraçılar heyrətamiz bir məhsulu istehsal ediblər. Belə ki, su avadanlıqlarında çöküntü və paslanmanı aradan qaldırmaq təxliyyə olmadan mümkündür. Bu səy zavod və sənaye sahiblərinin üzərindən çoxlu xərcləri götürə bilər.

Cənab Müsəddiq İran zavodlarında çöküntünün təmizlənməsi üçün 20 milyard tümənlik böyük xərcdən xəbərdar olduqdan sonra, bir maddənin istehsalı fikrinə düşür. Belə ki, su avadanlıqlarında sudan yaranan kiçik çöküntüləri məhv edə bilsin.

Pars Kimya maddəsinin ixtiraçısı Əbdülhəmid Müsəddiq deyib: Su avadanlıqlarında təhlükəsiz Pars-Kimya maddəsi pudrasından bir dəfə istifadə etməklə siz möcüzəvi şəkildə suyun çöküntülərdən təmizlənməsi, şəffaf olmasının şahidi olacaqsınız.

Çöküntü və paslanma nəticəsində təmirlərin azalması, istehsal prosesinin artması, avadanlıq hissələrinin sağlamlığının qorunması və yanacaq və enerji istehlakının 40-60% azalması Pars-Kimyanın faydalarındandır.

Layihənin icraiyyə müdiri Həmidrza Rəşid deyib: Metal avadanlığın içərisində qoruyucu bir qat yaradır, metalların ionlarının ayrılması, çöküntünün artması və paslanmanın qarşısını alır. Eyni zamanda avadanlıqda öncədən olan çöküntüləri məhv edir.

Obyekt mütəxəssisi Seyid Murtaza Sədr Ərhami deyib: Bu maddə çox az müddətdə, çox az gün ərzində bu vəziyyətə düşüb. Borularda və digər su avadanlıqlarında bu vəziyyətə düşüb. Amma ixtira olunan və avadanlığın içərisində olan bu maddə isə, dörd ildən sonra belədir.

Pars-Kimya dünya standart indekslərindən yeddi dəfə yuxarı və sadəcə İtaliyada istehsal olunan oxşar nümunəsi ilə müqayisədə on dəfə güclüdür.  

Çöküntülər və paslanmalara qarşı bu maddə İran ixtiraçılarının 22 illik araşdırma, sınaq və zəhmətlərinin nəticəsidir. Belə ki, milli və beynəlxalq şəhadətnamələri də vardır.