Tehranda İş Sərgisi
-
Tehranda İş Sərgisi
Müxtəlif sərgilər şirkətlər və qurumlar üçün münasib fürsət yaradır. Belə ki, universitet məzunlar və iş axtaranlarla əlaqə yarada və özü üçün işçi qüvvəsi tapa bilsin.
İşçi götürmək sahəsində aktiv və fəal cəmiyyətə sahib olmaq əlaqə, koordinasiya və sektorlarda əməkdaşlığa ehtiyac duyur. Sənaye Şərif Universiteti sənaye, universitet, maraqların və istedadların müəyyənləşməsi ilə birbaşa əlaqənin yaradılması məqsədilə 8-ci iş sərgisi keçirib. İş sərgisi çoxlu sayda iş axtaran və şirkətləri məşğuliyyətlə əlaqədar məlumatların mübadiləsi və şirkətlərini tanıtdırmaq üçün iştirak etdikləri maraqlı sərgidir.
İş axtaran bir şəxs deyib: Mən əmək və gəlirin idarəsi üzrə magistraturanı bitirmişəm. Bu sərgi ilə tanış olduğumda onun sistemində qeydiyyatdan keçdim, öz CV-mi göndərdim və burada işçi qüvvəsi axtaran şirkətlərlə birbaşa danışıqlar aparıram.
Başqa iş axtaran bir şəxs deyib: Şərif Universitetinin atdığı addım çox gözəl hərəkətdir. Artıq keçmişdəki kimi günlərlə, aylarla evdə işsiz qalmağa ehtiyac yoxdur. Keçmişdəki kimi CV-mizi şirkət və idarələrə aparmağa ehtiyac yoxdur. Çox səliqəli və sahmanlı şəkildə burada iş sahibləri ilə danışıqlar aparırıq.
Vakansiya elan edən şirkətin direktoru deyib: İşçi qüvvəsi cəzb etməkdə məqsədimiz sırf diplom deyil. Biz iş axtaranların həqiqi məharətləri ilə yaxından tanış oluruq. Psixoloji baxımdan onların əhval-ruhiyyəsi ilə tanış oluruq. Və onların hansı sahədə işləyə biləcəyini proqnoz edə bilirik.
Sənaye Şərif Universitetinin 8-ci İş Sərgisinin katibi doktor Məhəmməd Şərifxani bu sərgini iş yerlərinin tapılması üçün fürsət adlandırıb. Belə ki, tələbələr və məzunlar üçün təhsil aldıqları sahələrdə iş və yaradıcılıq üçün fürsətlər təqdim olunur. Hazırda beynəlxalq təlimlərdən istifadə etməklə ölkədə iqtisadiyyat və bazarın insan resursuna xüsusi diqqət ayırmasına açıq-aşkar ehtiyac duyulur. Məhsul istehsalı və ya vətəndaşlara yeni xidmətlər təqdim etmək üçün şərait yaranır. Bu istiqamətdə cəmiyyətə xidmətlərin səviyyəsi yüksəlir.
O deyib: Sənayenin əsas vəzifələrindən biri budur ki, şərait yaransın, ölkənin bütün sahibkarları müəyyənləşsin və ölkədə iş və məşğulluğun inkişafı üçün addımlar atılsın.