Yandırma üsulu ilə ağac üzərində rəssamlıq
-
Yandırma üsulu ilə ağac üzərində rəssamlıq
İnsanın daş dövründən yandırmaq üçün tapdığı ilk vasitə ağac idi. Təbiətdə yanmaq və yandırılmaq vasitəsi ağacdır. Ağac üzərində yandırma incəsənət üslubu ilə isti qələmi ağac üzərində hərəkətə gətirməklə hər bir əsəri yaratmaq mümkündür. Ağacın yanması ilə rəsm canlanır.
Rəssam öz zehni düşüncələri, metodu və üslubu ilə rəsmləri sevir. Düşüncələr müxtəlif mövzularda, o cümlədən Allahı tanımaq, bu dünya ilə tanış olmaq və memarlığı əks etdirir. Deyir ki: Uşaqlıqdan bu günə qədər rəssamlıq ən yaxın dostu və həmdəmi olmuşdur. Sanki rəssamlıq əsərləri ilə danışır, bağırır, canlı olmasından söz açır və sonda ona sakitlik bəxş edir.
Əli Əkbər Nəsrabadi yandırma üsulu ilə ağac üzərində rəssamlığı ilk dəfə İrana gətirmişdir. Hal-hazırda yandırma üsulu ilə ağac üzərində incəsənət əsərlərinin ərsəyə gəlməsi sahəsində ən məşhur incəsənət xadimlərindən biri sayılır.
O memarlığı bitirib. İndiyə qədər İran və dünyanın digər ölkələrində 83 sərgi təşkil edib.
Əli Əkbər Nəsrabadi deyib: Bu əsərdə bir kənd həyatı təsvir olunur. Dünyaya gəliş, həyat və ölüm. Torpağa tapşırılırla və yenidən ağac formasında təbiətə qayıdırlar. Elə buna görə, ağacların zolaqlarında insanların simalarını görürsünüz. İnsanlar üç təfəkkürlə yaşayırlar. Mənəviyyata bağlı olan insanların dünyada kökü yoxdur və yalnız yuxarı hisəsində qərarlaşıblar. Dünyəvi düşünən ikinci dəstə insanlar yalnız aşağı hissəsində qərarlaşıblar. Mövla Əlinin buyurduğu kimi həm dünyası, həm də axirəti olan insanları tam bir ağac kimi təsvir etmişik.
Ağaclar iki rola malikdirlər. Birincisi maddi və mənəvi mövzuları, ikincisi isə İrana məxsus memarlıqla birləşməsini.
Nəsrabadi bildirib: Bildiyiniz kimi, İran memarlıq baxımından nadir ölkələrdən biridir. Çünki Parti, Parsi, Razi, Azəri, Xorasani və İsfahani kimi müxtəlif altı memarlıq üslubuna malikdir. Burada İranın səhralıq memarlığı müşahidə olunur. Baxdığımız hər bir ağac hər birindən öndə görünür. Əsərin tam ortasında bir firuzə qaşıdır, bütün diqqətləri özünə cəlb edir və o firuzə bir məscidin günbəzidir.
Yandırmaq məhv etməkdir. Lakin bu mənəvi əsərlər yandırmaqla bir şeyi yaratmağın və ona yenidən can verməyin mümkün olduğunu göstərir.
Nəsrabadinin sözlərinə görə, bu əsərlər təbiətin bütün birləşmələrinin Qızıl Bölgü mütənasibliyini izlədiyini əks etdirir. Bu riayət olunduğu zamana qədər gözəldir, bu əlaqədən çıxdığınız zaman parçalar bir-birinə qarışır.
Bu rəsmləri yaratmaq üçün qalaylama vasitəsi, istilik, texnika, hava temperaturunu dəyişmək, sürətdən istifadə etmək lazımdır. Belə ki, ağac üzərində qəhvəyi rəngdə bir tərkib yaranır, özünəməxsus gözəlliyi ilə seçilir və əbədi incəsənət əsəri yaranır.
Nəsrabadi deyib: İstifadə olunan ağac ya gövdədən, ya düyünlü və ya da sadədir. Ağacın gövdəsi olarsa, təbii ki, əsərin mövzusunu ağacın gövdəsi ilə əlaqələndiririk. Belə olmadığı halda, ağacın üzərində bir qələmlə müxtəlif üslubları tətbiq edirik.